Fransa gələn ilin əvvəlində Ukrayna üçün qırıcı pilotların hazırlanmasına başlayacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Respublika Silahlı Qüvvələri Nazirliyinin məlumatında deyilir.

"İlk pilotlar 2024-cü ilin əvvəlində gələcək. Fransada ilkin təlimdən sonra onlar partnyorlarımızla birlikdə qırıcı təyyarələrdə təlimləri davam etdirəcəklər", - məlumatda qeyd olunub.

Hərbi idarə ukraynalı pilotların hazırlanması ilə bağlı detalları dəqiqləşdirməyib.

Nazirlik xatırladıb ki, Fransa prezidenti Emmanuel Makron Kiyevə 2023-cü ilin mayında ukraynalı pilotların respublika ərazisində təlim keçməsini təklif edib.