Finlandiyada prezident seçkilərinin ikinci turu başlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Respublika Ədliyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00) ölkə üzrə 900-dən çox seçki məntəqəsi açılıb.

Qeyd edilib ki, 18 yaşdan yuxarı vətəndaşlar səs verə biləcəklər. Qutular saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanacaq. Bundan dərhal sonra Finlandiyanın Ədliyyə Nazirliyi ilk nəticələri dərc etməlidir.