Finlandiya müdafiə sənayesini inkişaf etdirmək üçün Avropa İttifaqından (Aİ) 32,5 milyon avro vəsait alıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Maliyyələşdirmə Aİ-nin Sursat Dəstəyi Aktı (ASAP) tərəfindən Avropa ölkələri üçün nəzərdə tutulmuş ümumi 500 milyon avroluq maliyyə paketindən təmin edilib.