Son zamanlar uyğunsuz videolarla diqqət mərkəzində olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə bağlı daha bir video yayılıb.

Belə ki, görüntülərdə nazirliyin inzibati binasında xınayaxdı mərasiminin keçirilməsi əks olunub.

Bu barədə videolar sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən də bəlli olduğu kimi nazirliyin xanım əməkdaşları şad gününü qeyd edən həmkarlarının başına toplaşaraq şam yandırıblar, xınayaxdı mərasimi keçiriblər.

Yayılan görüntülərlə bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “unikal.az”a açıqlama verib:

“Bu, şəhid ailəsinin qızının məclisdir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var axı? Tərbiyəsiz hal var ki?

Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”.

Sözügedən videonu təqdim edirik: