Batma təhlükəsi olan bir nəfər xilas olunub.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən bildirilib.

"Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Astara” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub", - məlumatda qeyd edilib.