"Fənərbağça" rəhbərliyi Yusif En-Nesirinin transferi ilə bağlı "Sevilya" ilə böyük ölçüdə anlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, mərakeşli hücumçuya görə ödəniləcək məbləğ bonuslarla birlikdə 20 milyon avronu keçir.

En-Nesiri ilə 4 illik müqavilə imzalamaq istəyən "Fənərbağça" futbolçuya təklifini göndərib və ondan cavab gözləməkdədir.

En-Nesiridən xəbər gözləyən digər klub isə “Roma”dır. Hazırda İstanbul təmsilçisinin təklif etdiyi şərtlər A Seriya komandasının təklifindən daha yüksəkdir.  Transferə qısa zamanda aydınlıq gələcəyi gözlənilir.

"Sevilya" ilə iki dəfə Avropa Liqası çempionu olan Yusuf En-Nesiri ötən mövsüm 41 matçda 20 qol vurub, 3 məhsuldar ötürmə edib.