ABŞ Federal Ehtiyatlar Sistemi (FED) bazarların səbirsizliklə gözlədiyi faiz qərarını açıqlayıb. Fed gözləntilərə uyğun olaraq uçot dərəcəsini 25 faiz artırıb. Beləliklə, faiz dərəcələri 2022-ci ildən bəri 11-ci dəfə artırılaraq son 22 ilin ən yüksək səviyyəsinə çatıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, rəqəmlər 25 faizlik artımla yüzdə 5,25-5,50 aralığına çatıb. 

Qeyd edək ki, Bloomberg-in sorğusuna qatılan iqtisadçılar da 25 faizlik artım proqnozlaşdırmışdılar.

FED iyun iclasında inflyasiyanın yavaşlaması ümün yekdilliklə faiz dərəcələrini dəyişdirməməyə qərar vermişdi. Ancaq daha sonra, rəsmilərin növbəti faiz artımını məqsədəuyğun hesab etdikləri bildirilmişdi.

ABŞ-də son iyun inflyasiyası illik 3 faizlə son 2 ilin ən aşağı səviyyəsinə düşüb.