Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları nümayəndələrinin Laçın-Şuşa-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası 6-cı saata yaxınlaşır.

Jurnalistlərin hadisə yerindən çəkdiyi fotolardan aydın olur ki, etirazçıların geri çəkilmək niyyətində deyillər və ərazidə artıq tonqal qalayıblar. Ermənistan media resurslarının məlumatına görə, bir qrup separatçı da Xankəndidə toplaşıb. Onlar Laçın dəhlizinə getmək niyyətində olduğunu bildiriblər. 

Hadisələrin inkişafını bizimlə izləyin.