Estoniya Xarici İşlər Nazirliyi Ukraynaya yardım, o cümlədən enerji infrastrukturunun bərpası üçün əlavə 350 min avro ayıracaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat Estoniya XİN-in saytında dərc olunub.

Məlumata görə, 50 min avro Ukraynada enerji infrastrukturu obyektlərinin bərpası üçün nəzərdə tutulub. Daha 300 min avro müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə humanitar yardımın göstərilməsi üçün ediləcək.

Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Şaknanın sözlərinə görə, Tallin infrastrukturunu yaxşılaşdırmaq və qışla daha yaxşı mübarizəsi üçün Kiyevə dəstək verir.