Estoniya Ukraynaya 113 milyon avro dəyərində tank əleyhinə və müxtəlif sursatlar göndərmək qərarına gəlib.

Bu barədə Estoniyanın Baş naziri Kaja Kallas Twitter hesabında bildirib:

"Rusiya müharibəni davam etdirmək istədiyinə dair açıq siqnallar verir. İnsan gücü və texnologiya itkilərinə baxmayaraq, Rusiyanın hələ də müharibəyə girməyə hazır minlərlə tankı, zirehli texnikası və artilleriyası var. Biz daha çox iş görməliyik, daha böyük miqyasda və sürətlə hərbi yardım göstərməliyik. Biz bu qiyməti avro ilə ödəyirik, lakin Ukrayna insan həyatı ilə ödəyir.”