"Estoniya Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsində verdiyi açıqlamalara baxmayaraq, müdafiə xəttinin yaradılmasını davam etdirməyi planlaşdırır və bu xətt çərçivəsində Rusiya Federasiyası ilə sərhəddə 600 bunker tikmək niyyətindədir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə DPA agentliyinə ölkənin müdafiə naziri Hanno Pevkur məlumat verib.

"Sırf Putin jurnalistə müsahibə verdiyi üçün planlarımızı dəyişməyəcəyik. İndi biz hazırlığımızı artırırıq. Bunu hamı etməlidir. Təkcə Estoniyada deyil, hər kəs bunu etməlidir", - deyə Müdafiə Nazirliyinin rəisi bildirib. 

O əlavə edib ki, ölkəsi həmçinin sursat, silah və texnika alacaq.

Putin fevralın 9-na keçən gecə nəşr olunan Karlsona müsahibəsində Rusiyanın Polşa, Latviya və ya qitənin digər ölkələrinə heç bir ərazi iddiasının olmadığını bildirib. O, Moskvanın Avropa qitəsində ərazi iddialarının olub-olmaması ilə bağlı sualı cavablandırıb: "Bu, tamamilə mümkünsüzdür".