Ermənistanda daha 145 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 845-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 832-yə çatıb. İndiyədək 34 982 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 787 aktiv koronavirus xəstəsi var.report