Ermənistanda daha 166 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 39 985-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 777-yə çatıb. İndiyədək 32 008 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 6 972 aktiv koronavirus xəstəsi var.report