Ərəb ölkələrində koronavirusa yoluxma hallarının artdığı müşahidə edilir.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında məlumat verilir.

Mərakeşdə koronavirusdan ölənlərin sayı 128-ə çatıb. Ölkədə 227 nəfərdə koronavirusun aşkarlanması ilə virusa yoluxanların ümumi sayı artıb 2 251 olub. Sağalanlar isə 247 nəfər təşkil edir.

Küveytdə koronavirusun 119 nəfərdə aşkarlanması ilə ölkədə ümumi yoluxanların sayı 1 524-ə çatıb. 225 nəfər isə virusdan sağalıb.

Omanda daha 109 nəfərdə vurus aşkarlanıb. Bununla da, yoluxanların ümumi sayı 1019 nəfər təşkil edib. Ümumilikdə, 176 nəfər sağalıb.

Liviyada son 24 saat ərzində daha 13 nəfərdə virus aşkar edilərək yoluxanların ümumi sayı 48-ə çatıb. Ölkədə indiyə qədər virusdan bir nəfər həyatını itirib.