Türkiyədə zəlzələnin baş verdiyi bölgələrə 5 minə yaxın tibbi personal göndərilib.
İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
O bildirib ki, Türkiyə Dəniz Qüvvələrinin 10 gəmisi, Hava Qüvvələrinin isə 54 yük təyyarəsi bölgədə aparılan işlərə cəlb edilib.