Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ərdoğanın ofisi məlumat yayıb.

Məlumata görə, liderlər telefon danışığında Yaxın Şərq regionunda humanitar böhran məsələsini, həmçinin Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

 

Gözəl Həşimova