Türkiyə prezidenti Rəcəb Tayyib Edoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə İsrailin Fələstin ərazisinə hücumları və Qəzzaya humanitar yardım çatdırmaq səyləri müzakirə edilib.

Ərdoğan görüşdə İslam ölkələrinin birlik içində qalıcı atəşkəsin təmin edilməsi üçün başlatdıqları səylərin davam etdirilməsinin vacib olduğunu bildirib.

Türkiyə lideri yenidən Misir prezidenti seçilən Sisiyə uğurlar arzulayıb. O, yeni dövrün Türkiyə-Misir münasibətləri üçün faydalı olacağına ümid etdiyini bildirib.