"Yeni konstitusiyanın qəbul edilməsi zəruridir, çünki hazırkı konstitusiya siyasətə inamı sarsıdır və irəli getməyə imkan vermir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin liberter konstitusiyaya ehtiyacı var. O, həmçinin ölkədəki bütün siyasi qüvvələri dəyişikliklərin hazırlanmasında iştirak etməyə çağırıb.

Bildirilib ki, ölkənin hazırkı konstitusiyası, millətin ideyaları, tələbləri və problemləri nəzərə alınmadan yaradılıb.

Qeyd edək ki, Türkiyədə mövcud konstitusiya 1982-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilib. Rəcəb Tayyib Ərdoğan ilk dəfə 2021-ci ildə yeni konstitusiyanın hazırlanmasına icazə verib.

 

Gözəl Həşimova