Suriya ərazisində quru əməliyyatını nə zaman və harada həyata keçirəcəyimizi açıqlamayacağıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident qeyd edib ki, terrorla mübarizə məsələləri Türkiyə və Rusiya arasında imzalanan Soçi memorandumu ilə müəyyən edilib və rusiyalı həmkarını telefon danışığı zamanı bu barədə yenidən məlumatlandırıb.

Ərdoğan onu da bildirib ki, Türkiyə artan terror təhlükəsinə qarşı səssiz qalmayacaq.