Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısında iştirak etmək üçün şəxsi təyyarəsi ilə Qazaxıstanın paytaxtı Astana şəhərinə gedib.

İqtisadiyyat.az xəbər verir ki, Astanada Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı keçiriləcək. Sammitdə Türkiyədən başqa, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Macarıstan müşahidəçi qismində iştirak edəcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın həmkarları ilə görüşlərində regional və qlobal məsələlər müzakirə olunacaq.

Türk Dövlətləri Təşkilatı Qəzzada humanitar atəşkəsə nail olmaq üçün birgə səyləri müzakirə edəcək. Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 10-cu Sammitində iqtisadiyyat, nəqliyyat və ticarət məsələləri də müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri gözlənilir.

 

Gözəl Həşimova