Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Ərdoğan Vladimir Putini Rusiya Prezidenti seçkilərində qələbə münasibətilə təbrik edib. Həmçinin ona fəaliyyətində yeni uğurlar arzulayıb.

Telefon söhbəti zamanı bundan sonra da sıx qarşılıqlı fəaliyyət üçün qarşılıqlı istək ifadə olunub. Həmçinin, beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən Qara dəniz regionu ilə bağlı məsələlər müzakirə edilib.

Putin Ərdoğanı və Türkiyədəki bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.