“KAAN” döyüş təyyarələri ilə bağlı Türkiyə və Azərbaycan arasında əldə olunan razılıq iki dövlətin müdafiə sənayesi sahəsindəki əlaqələrinin yeni mərhələsidir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF-2023” sərgisində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsindəki uğurlarını davam etdirəcək: “Bu uğurlarımız digər dövlətlər üçün də ilham mənbəyinə çevrilir”.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə müdafiə sənayesi sahəsində dostlarının yanında olmağa davam edəcək.

Qeyd edək ki, iyulun 27-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin “TUSAŞ” şirkəti arasında hərbi-texniki əməkdaşlıqla bağlı yeni saziş imzalanıb. Bu sənəd Türkiyənin milli döyüş təyyarəsi olan “KAAN”ın birgə təkmilləşdirilməsini nəzərdə tutur.