"Daha əvvəl Fələstin-İsrail münaqişəsi ilə bağlı Rusiyanın qətnamə layihəsini qəbul etməyən BMT Təhlükəsizlik Şurası növbəti dəfə üzərinə düşən vəzifələri yerinə yetirə bilməyib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Tamamilə səmərəsiz olan BMT Təhlükəsizlik Şurası növbəti dəfə öz məsuliyyətini yerinə yetirə bilmədi. Sülhü təmin etmək səylərimiz bölgəyə təyyarədaşıyan gəmilərin göndərilməsi, Fələstin xalqına yardımın dayandırılması və Qəzza əhalisinin kütləvi şəkildə cəzalandırılması kimi addımlarla pozuldu", - Türkiyə lideri qeyd edib.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Misir rəsmiləri ilə əməkdaşlıq edərək bölgəyə humanitar yardımla dolu 3 təyyarə göndərib.