"Bildiyiniz kimi, uzun illərdir ki, dünyada sistem böhranı var. Bu sistem böhranı qarşısında biz türk dövlətləri olaraq elə bir addım atmalıyıq ki, bu dövlətlər arasında güc birliyi olsun. Bu qüvvələrin birliyinə siyasi, hərbi, iqtisadi və kommersiya ölçüləri də daxil olmalıdır”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfəri dönüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"İndiyə qədər türk dövlətləri arasında bu həmrəylik və birlik ruhu qeyd etdiyim bütün sahələrdə inkişaf etməyə başlayıb. İndi isə aramızda siyasi birlik var. Biz artıq Qarabağda da ən mühüm həmrəyliyimizi göstərmişik. Qarabağ bunun dünyaya ən böyük sübutu idi", - deyə o, vurğulayıb.

 

Gözəl Həşimova