"Rəsmi Ankara Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında irəliləyişi alqışlayır və yaxın gələcəkdə sülh sazişinin imzalanacağına ümid edir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciətində deyilir.

Məlumata görə, Ankara Azərbaycan və Ermənistan arasında son zamanlar baş verən müsbət hadisələri alqışlayır və sülh sazişinin imzalanmasını regionun gələcəyi üçün tarixi fürsət hesab edir. Ərdoğan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində işlərin davam etdiyini də bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, Bakı ilə Ankara arasında bütün sahələrdə, o cümlədən enerji sahəsində əlaqələr güclüdür və Türkmənistan təbii qazının Azərbaycan ərazisindən Türkiyəyə nəqlinə başlanması zaman məsələsidir.

 

Gözəl Həşimova