Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ senatorları Jeanne Shaheen və Chris Murphy-ni Prezident Administrasiyasında qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, ABŞ senatorları Jeanne Shaheen və Chris Murphy Türkiyəyə müxtəlif təmaslar aparmaq üçün gəlib.

Senatorlar Prezident Administrasiyasında prezident Ərdoğan tərəfindən qəbul edilib.

Mətbuata qapalı keçirilən ziyafətdə xarici işlər naziri Hakan Fidan və ABŞ-nin Ankaradakı səfiri Ceffri Flake də iştirak edib.

Görüş barədə əlavə təfərrüatlar verilməyib.