Problem dəhlizdə deyil, dəhlizdən içəridədir.

Erməni mətbuatı bildirir ki, 23 dekabr saat 18:00-da Xankəndidə Yeni İl münasibətilə şam ağacı işıqlandırılacaq. 10 gündür dünyanın dörd bir tərəfinə “ərzaq çatımşır, aptekərdə bəzi dərmanlarda çatışmazlıq yaranıb, yanacaq doldurma məntəqələrində yanacaq yoxdur” deyən Azərbaycan erməniləri görünür ki, işıqlandırmağa enerji tapırlar. Üstəlik 2023-cü ili qarşılamağa enerjiləri də var. Yalandan Xankəndi marketlərinin rəflərini boşaldıb, özlərini yazıq və əzilmiş kimi göstərməkləri nədənsə yaxın gələcəkdəki yeni il planları ilə üst-üstə düşmür. Başa da düşmürlər ki, tarix boyu özlərini yazıq xalq kimi göstərməkləri artıq keçmir, çünki reallıqlar dəyişib. İndi də reallıq budur ki, 2020-ci ildə Azərbaycan öz suveren ərazi bütövlüyünü bərpa edib.

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər məsələlərlə bağlı Laçın dəhlizində keçirilən dinc aksiyaya görə müxtəlif dövlətlərin Azərbaycanı qınayan bəyanatlar verməsi, məsələləri guya diqqətdə saxlamaları barədə fikirləri 30 ilə yaxın verilən ATƏT-in Minsk qrupu sayağı bəyanatlarına bənzəyir. O vaxtlar da hey danışırdılar, amma reallıq başqa idi.

Daha bir başqa məsələ isə odur ki, beynəlxalq təşkilatlar və müxtəlif dövlətlər Azərbaycanı qınamaqdansa ermənilərə iradlarını bildirsinlər ki, “siz Azərbaycan dövlətinin ərazisində yaşayırsınız. Bu baxımdan da Azərbaycanın dövlət qanunlarına tabe olmalısınız”. Ermənilərlə danışıqlarda bu yolla məsələnin həllinə kömək etmək olar. Bu baxımdan onların alternativ yol olaraq Azərbaycanı qınaması yolverilməzdir. Çünki Laçın dəhlizi Azərbaycan ərazisindədir.

Əlavələrdən biri də bundan ibarətdir ki, Azərbaycan rəsmi qurumlarının beynəlxalq təşkilatlara ünvanlanan bəyanatlarında xüsusilə vurğulanmalıdır ki, Xankəndi və ətraf rayonlarda yaşayan ermənilərin mediaya yaydığı bəyanatlarla yaşadıqları həyat tərzi fəqlənir, şam ağacının oyuncaqları kimi...

Samir Cabbarov