Azərbaycan Respublikası Nazirlər Kabineti 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında" Qərar qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən İqtisadiyyat.az-a verilən xəbərə görə, əlilliyə əsas verən meyarların sayı artırılaraq 563-dən 590-a çatdırılıb.

Bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi artırılıb. Bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması müddəti artırılıb və ya "müddətsiz" olaraq qeyd olunub.

18 yaşadək birinci tip şəkər xəstəsi uşaqlarda ağırlaşmalarla bağlı tələb, eyni zamanda, əqli geriliyi olan 8 yaşadək uşaqlarda IQ test tələbi aradan qaldırılıb.

Xromosom anomaliyalı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faizinin minimum həddi artırılaraq 65% və daha yüksək olaraq müəyyənləşdirilib.