"Niger ətrafındakı böhranın danışıqlar yolu ilə siyasi həllinin hələ də mümkün olduğuna əminik".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Əlcəzair danışıqlar yolu ilə siyasi həllin hələ də mümkün olduğuna, dinc həll yollarının bitmədiyinə və bütün bu imkanların tükənmədiyinə dair qəti əminliyi rəhbər tutmağa davam edir. Nigerə hərbi müdaxilənin getdikcə qaçılmaz hala gəldiyi bir vaxtda Əlcəzair bu qardaş və qonşu ölkədə konstitusiya və demokratik nizamı dinc yolla bərpa edəcək danışıqlar yolu ilə siyasi nizamlanma prosesində gücdən istifadə ehtimallarının üstünlük təşkil etdiyinə görə dərin təəssüf hissi keçirir", - bəyanatda deyilir.

"Regionumuzun tarixi dərs verdi ki, hərbi müdaxilələr həll yollarından daha çox problemlər gətirir və bu, sabitlik və təhlükəsizlik deyil, qarşıdurma və iztirablara səbəb olur", - XİN bildirib. 

Əlcəzair mövcud konstitusiya böhranının danışıqlar yolu ilə siyasi həllini prioritetləşdirməyə və bununla da qardaş Nigeri və bütün regionu təhdid və təhlükələrlə dolu gələcəkdən xilas etməyə çağırıb.

Qeyd edək ki, Əlcəzair Nigerlə uzunluğu 950 km-dən çox olan quru sərhədini bölüşür.