"Oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 89-a çatıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, çərşənbə günü anklavın atəşə tutulması nəticəsində daha iki media işçisi həlak olub.

Daha əvvəl sektorun Səhiyyə Nazirliyi bildirmişdi ki, artıq 18,6 min nəfər Qəzzada eskalasiyanın qurbanı olub, 50,6 min nəfər isə yaralanıb.