Bir müddət öncə 159 saylı tam orta məktəbin Uşaq Birliyinin Elvira adlı rəhbəri sinifdə qalmış şagirddən rüşvət tələb etməkdə ittiham olunurdu. Bu barədə ARB TV-nin "Günə Doğru" layihəsində süjet efirə verilib. Məktəbin direktoru Vahid Xəlilov isə rüşvətlə bağlı ittihamı təkzib etsə də, öz səs yazısı ilə gündəmə gəlmişdi. Belə ki, Elvira müəllimi çağırmağa gedən direktor üzərindəki mikrofonu unudaraq Elvira müəllimdən gəlib məlum səs yazısının ona məxsus olmadığını deməsini istəmiş, bu zaman öz səs yazısı qeydə alınmışdı. 

Sonradan şagirdin problemi həll olunsa da, direktorun səs yazısı başına bəla oldu. İqtisadiyyat.az-ın aldığı məlumata görə direktor Vahid Xəlilov işindən azad edilib.