Əfqanıstanın cənubundakı Helmand əyalətində sərnişin avtobusunun yanacaq daşıyan tanker və motosikletlə toqquşması nəticəsində 21 nəfər həlak olub.

Bu barədə İqtisadiyyat.az "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində 38 nəfər xəsarət alıb.Zərərçəkənlər ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

 

Gözəl Həşimova