Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin 6 ayında 949 min vətəndaşın qəbulu həyata keçirilib.

Bu barədə İqtisadiyyat.az-a nazirlikdən bildirilib.

Onlardan 61 mini Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 888 mini Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib.

Eyni zamanda, yanvar-iyun aylarında 1 milyon 145 min 300 (o cümlədən, yazılı və e-qaydada edilmiş 222 min, sosial şəbəkələr üzərindən 57,3 min, Çağrı Mərkəzi vasitəsilə 866 min) vətəndaş müraciəti cavablandırılıb.

"Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması təmin olunub, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb", - nazirliyin məlumatında qeyd olunub.