Hərrac rəsmiləri dünyanın ən köhnə cins şalvarı olduğu düşünülən kişi iş şalvarının 114 min dollara satıldığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, hərrac onlayn rejimdə dekabrın 3-də ABŞ-ın Nevada ştatında keçirilib.

Cins şalvar 1857-ci ildə Şimali Karolina sahillərində batan gəmidə tapılıb.

Beş düyməli şalvarın mədənçiyə aid olduğu güman edilir.

Qeyd edək ki, əşyaların tapıldığı gəmi 1857-ci ilin sentyabrında qasırğa zamanı batmış, qəza zamanı 578 sərnişin və ekipajdan 425-i həlak olduğu açıqlanmışdı.