Dünyanın ən böyük neft ixracatçıları tərəfindən planlaşdırılan tədarük ixtisarı nefti bahalaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 6 sent bahalaşaraq 79,46 ABŞ dolları olub.

"WTI" markalı neftin avqust müqaviləsində bir barelin dəyəri isə 6 sent artaraq 74,88 ABŞ dollarına çatıb.