Dünyada qazın “qızıl dövrü” tələbatın azalması fonunda başa çatır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında deyilir.

Məlumata görə, qlobal qaz istehlakı ötən ildən bəri ildə orta hesabla 2% artıb. Lakin dünyada qaz istehlakı 2030-cu illərdə 0,4% azalacaq.

Eyni zamanda, Rusiyanın qaz satışından xalis mənfəəti 2021-ci ilə nisbətən 2030-cu ildə 2,5 dəfə azalaraq 40 milyard dollardan az ola bilər. Bildirilib ki, təbii qaz tutumunun pik artımına 2002-ci ildə nail olunub.

 

Gözəl Həşimova