Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün gündəlik qlobal neft tələbi ilə bağlı proqnozunu artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında deyilir.

Hesabata görə, bu il qlobal gündəlik neft tələbi 102,01 milyon barel olacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 0,01 milyon barel çoxdur. Bundan əlavə, bu il qlobal neft tələbinin artım səviyyəsi 2,44 milyon barel təşkil edəcək. Qurum gələn il isə qlobal neft tələbinin 104,25 milyon barel olacağını proqnozlaşdırır.

Əlavə edək ki, ötən il qlobal gündəlik neft tələbi 99,57 milyon barel olub.

 

Gözəl Həşimova