Beynəlxalq Enerji Agentliyi bu ilin dördüncü rübündə bazarda neft qıtlığı olacağını proqnozlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) sentyabr hesabatında deyilir.

Məlumata görə, Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaq qərarı dünya bazarında əhəmiyyətli kəsirin yaranmasına səbəb olacaq.

IEA bildirib ki, Səudiyyə-Rusiya alyansı neft bazarları üçün ciddi çağırışdır.

“Avqust ayında neft qiymətləri nisbətən sabitləşsə də, Səudiyyə Ərəbistanı ilə Rusiyanın neft hasilatı və tədarük ixtisarını ilin sonuna qədər ümumilikdə 1,3 milyon barel uzatmaq qərarı qiymət artımına səbəb olub", - məlumatda deyilir.

Əlavə edək ki, sentyabrın əvvəlində Rusiya neft tədarükünün sutkada 300 min barel, Səudiyyə Ərəbistanı isə sutkada 1 milyon barel azaldılmasını ilin sonuna qədər uzadıb.

 

Gözəl Həşimova