Dünyada təxminən 300 milyon insanın narkotikdən istifadə etdiyi təxmin edilir.

İqtisadiyyat.az xəbər verir ki, bunu BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) rəhbəri Qada Fəthi Vali deyib.

Onun sözlərinə görə, 39 milyon insan isə maddə istifadəsi səbəbindən müxtəlif xəstəliklərdən əziyyət çəkir:

"Narkotiklə mübarizə hər zamankindən daha mürəkkəbdir. Xüsusilə sintetik narkotiklərin bazarda artan payı həm daha ucuz, həm də öldürücü maddələrə əlçatanlığı asanlaşdırır. Sintetik narkotiklərin artması isə bitki mənşəli dərmanların istifadəsini azaltmayıb".

 

Gözəl Həşimova