Dünyada koronavirusa yoluxanların sayı 2 331 956 nəfərə çatıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasındaməlumat verilir.

Virusdan ölənlər 160 767, sağalanlar isə 597 217 nəfər təşkil edir.

Qitələr arasında yoluxma ən çox – 1 060 096 nəfər olmaqla, Avropada qeydə alınıb. 8 114 nəfərlə ən az yoluxma göstəricisi isə Okeaniyadadır.

Dünya ölkələri arasında virusa yoluxma sayına görə, ilk onluqda ABŞ (738 913), İspaniya (194 416), İtaliya (175 925), Fransa (151 793), Almaniya (143 724), Böyük Britaniya (114 217), Türkiyə (82 329), İran (80 868), Belçika (37 183), Braziliya (36 925) yer alır.