Dünyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 90 milyonu ötüb.

Bu barədə beynəlxalq təşkilatların, Amerikanın federal və yerli hakimiyyətinin informasiyaları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, koronavirusun aşkarlandığı insanların ümumi sayı 90 005 787 nəfərə çatıb.

Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 22,2 milyon insanda təhlükəli infeksiya aşkarlanıb.

Pandemiya ərzində dünyada 1,93 milyondan çox insan koronavirusdan ölüb, 50 milyona yaxın pasiyent sağalıb.