Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyon nəfəri ötüb, təxminən 99,7 min nəfər ölüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nin son məlumatına görə, dünyada yoluxmuş insanların sayı 1,610 909 nəfər, ölənlərin sayı isə 99,690 nəfərdir.

Yoluxma hallarının əksəriyyəti hələ də Avropa məkanında qeydə alınıb – 839257 nəfər.