Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayının 21 milyonu, ölənlərin sayının isə 773 min nəfər ötüb.

Bu barədə "Worldometer" saytı məlumat yayıb.

Eyni zamanda 14 564 827 nəfər sağalıb, 6 489 537 xəstənin müalicəsi davam edir.

Bununla da dünyada koronavirusa yoluxanların sayı 21 827 459 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 773 095 nəfər təşkil edir.report