Dünyada yeni növ koronavirusa yoluxanların sayı iki milyonu keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “worldometers.info” saytında məlumat dərc olunub. Məlumata görə, COVID-19-a yoluxanların sayı 2,000,066-a çatıb. Ümumilikdə 210 ölkədə yayılan pandemiya nəticəsində isə 126,754 nəfər vəfat edib, 484,597 nəfər xəstəlikdən sağalıb.