Bu ilin sonuna qədər ən çirkli qalıq yanacaq növü hesab edilən kömürə qlobal tələb ötən ilə nisbətən 1,4% artaraq rekord səviyyəyə - 8,5 milyard tona çatacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında qeyd olunub.

Məlumata görə, bu il kömürə qlobal tələb artımının əhəmiyyətli hissəsini Asiya ölkələri təmin edəcək.

Bu yanacaq növünün əsas istehlakçıları Çin, Hindistan və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası ölkələri olacaq. Onlar qlobal tələbin cəmi dörddə üçünü (təxminən 75 faiz) təşkil edəcək.

Çin bu il kömürə tələbatın artım tempinə görə lider olacaq. Bu ölkədə istehlak həcmləri 4,9% və ya 220 milyon ton artacaq.

 

Gözəl Həşimova