İyulun 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,08% – 26 783,49 bəndədək enib, S&P 500 0,12% – 2 979,63 bəndədək, Nasdaq isə 0,54% – 8 141,73 bəndədək yüksəlib.

İqtisadiyyat.Az-ın məlumatına görə, Avropa fond bazarlarında iyulun 9-da FTSE 100 indeksi 0,17% – 7 536,47         bəndədək, Fransa CAC-40 0,31% – 5 572,10 bəndədək, Almaniya DAX-ı isə 0,85% – 12 436,55         bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% artaraq 1 405,2 dollara bərabər olub.

İyulun 9-da dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,04% azalaraq 1,121 dollar təşkil edib.