Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri 3 milyard 270,7 milyon manat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyin açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.

Sənəddə deyilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,6 % çoxdur.

Hesabat dövründə DSMF-nin büdcəsinin xərcləri 3 milyard 009,4 milyon manat olub ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur.