Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 2 milyard 608,1 milyon manat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 1 milyard 980,3 milyonmanatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,9 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 554,8 milyon manatı dövlət, 2 milyard 053,3 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İl ərzində hər bir ölkə sakini orta hesabla 257,4 manatlıq və yaxud 1 il əvvələ nisbətən 47 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.