Yanvar ayında Ukrayna 99 milyon dollar dəyərində dron idxal edib. Bununla da dron ölkəyə ən çox idxal olunan mallardan birinə çevirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Gömrük Xidməti məlumat yayıb.

Ölkəyə idxal olunan malların ilk 10-luğuna həmçinin neft və neft məhsulları, avtomobillər, plastik məmulatlar, qara metallar, dərman vasitələri və optika daxildir.

Dronlar isə ümumi idxalın 2%-ni təşkil edib.

 

Gözəl Həşimova