Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarına nəzarət və təbiiinhisarların fəaliyyəti ilə əlaqədar 4 550 istehlakçının müraciətinə baxılıb.

İqtisadiyyat.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, müraciətlərin 53,2 %-i qeyri-qida, 5 %-i qida, 39,6 %-i xidmət, 1,9 %-i dərman vasitələri və tibbi avadanlıqlar, 0,3 %-i isə digər sahələrlə bağlı olub.

"İstehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində pozuntu hallarının qarşısının alınması, vətəndaş müraciətlərinə çevik şəkildə baxılması istiqamətində fəaliyyət davam etdirilir", - deyə qurum bəyan edib.